Konfrans Liqasının finalında "Fiorentina"nı 2:1 hesabı ilə məğlub edən "Vest Hem"in bu mövsüm avrokuboklarda 12-ci qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, İngiltərə klubları üçün unikal göstəricidir.

Belə ki, David Moyesin yetirmələrinin bu mövsüm Avropa arenasındakı qalibiyyət sayı Premyer Liqadakından (11) çox olub. Yəni, tarixdə ilk dəfə bir İngiltərə klubu mövsüm ərzində avrokuboklarda daxili birincilikdən çox qələbə sevinci yaşayıb.

Qeyd edək ki, "Vest Hem" Premyer Liqada 40 xalla 14-cü yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest