"Vest Hem"in baş məşqçisi David Moyes 2008-ci ildən bəri avrokuboklarda titul qazanan ilk şotlandiyalı məşqçi olub. Matc.az xəbər verir ki, onun çalışdırdığı komanda Konfrans Liqasının finalında "Fiorentina"nı məğlub edib - 2:1.
 
Şotland mütəxəssisin rəhbərliyi altında sonuncu dəfə 2008-ci ildə "Mançester Yunayted" avrokuboklara sahib çıxıb. Həmin vaxt komandanı Aleks Ferqyusson çalışdırırdı. Ferqyuson "qırmızı şeytanlar"a çempionlar Liqasının kubokunu qazandırıb.
 
Bundan başqa, "Vest Hem" 58 ildən sonra ilk dəfə avrokubokların qalibi olub. Komanda 1965-ci ildə Kuboklar Kubokunu qazanmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest