"Reghekampfın gələcək taleyi ilə bağlı şərh verə bilmərəm. Bircə onu dəqiq bilirəm ki, o, çox yaxşı məşqçidir. Regeyə həmişə təkliflər olub"

"Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf keçmiş həyat yoldaşı Anamariya Prodanla barışıb. Matc.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, bunu Prodan özü açıqlayıb.

Yerli media nümayəndələrinə Regekampfla bundan sonra dost kimi qalacağını söyləyən Prodan onun Azərbaycandakı durumuna da şərh verib.

Prodanın fikrincə, keçmiş həyat yoldaşının "Neftçi" klubundan ayrılması onun üçün problem olmaz: "Reghekampfın gələcək taleyi ilə bağlı şərh verə bilmərəm. Bircə onu dəqiq bilirəm ki, o, çox yaxşı məşqçidir. Regeyə həmişə təkliflər olub".

Qeyd edək ki, Laurentsiu Regekampfın "Neftçi" ilə müqaviləsi gələn ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest