"Təəssüf ki, komandalarımızın avrokubok dönəmini də nəzərə aldıqdan sonra Superkuboku keçirməmək qərarına gəldik". Matc.az xəbər verir ki, bunu  Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov Azərbaycan Super Kubokunun keçirilmə ehtimalı ilə bağlı danışarkən deyib.
 
Funksioner gələcəkdə bu məsələnin yenidən müzakirə müstəvisinə çıxarıla biləcəyini söyləyib: "Sizin sayta müsahibəmdə mövsümün təqviminə Superkuboku da əlavə etməyə çalışacağımızı bildirmişdim. Amma həmçinin qeyd etmişdim ki, əsas problem vaxtla bağlıdır. Bu məsələni yenə müzakirə etdik və Superkuboku keçirməmək qərarına gəldik".
report
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest