Azərbaycan Premyer Liqası təmsilçisi "Zirə" daxili transferdə növbəti addımını ataraq komandanın kapitanı Qismət Alıyevlə yolları ayırmayıb.

Azərbaycan Premyer Liqası təmsilçisi "Zirə" daxili transferdə növbəti addımını ataraq komandanın kapitanı Qismət Alıyevlə yolları ayırmayıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qəsəbə təmsilçisi 29 yaşlı cinah müdafiəçisi ilə yeni sözləşmə imzalayıb. Rəsmi razılaşmaya əsasən, təcrübəli futbolçu növbəti 2 il ərzində də "qartallar"ın uğurları üçün tər tökəcək.

Xatırladaq ki, Azərbaycan milli komandasının da üzvü olan Qismət Alıyev 2020-ci ildən "Zirə"nin şərəfini qoruyur. O, ötən mövsümlərdə göstərdiyi stabil oyunla komandanın əsas dayaqlarından birinə çevrilərək kapitan sarğısını daşımaq hüququ qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest