16 İyun 2026, 10:35
FUTBOL
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün yeni klubu müəyyənləşib.
Matc.az xəbər verir ki, Türkiyənin "Vanspor" klubu 27 yaşlı yarımmüdafiəçini heyətinə qatdığını açıqlayıb.
Bildirilir ki, tərəflər arasında 2 illik müqavilə imzalanıb. "Vanspor" rəhbərliyi orta sahə bölgəsində çıxış edən təcrübəli oyunçunun komandaya ciddi töhfə verəcəyinə inandıqlarını ifadə edib.
Xatırladaq ki, Ozan Can Kökçü son olaraq Niderlandın "Volendam" klubunun formasını geyinib. Hazırda Türkiyə 1-ci Liqasında mübarizə aparan "Vanspor" yeni mövsümdə güclü heyət qurmaq hədəfi ilə transfer işlərini davam etdirir.













