Elit layihəsi çərçivəsində seleksiya xarakterli turnir keçirilib.

Matc.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində baş tutan turnirin təşkilində əsas məqsəd müxtəlif komandalarda çıxış edən istedadlı futbolçuların izlənilməsi və Elit layihəsinə cəlb olunması üçün seçim prosesinin aparılmasıdır.

2013-cü il təvəllüdlü futbolçulardan ibarət 19 komanda arasında keçirilən yarışın qalibi “Ağsu City” olub. 2014-cü il təvəllüdlü futbolçulardan ibarət 9 komandalı turnirdə isə “Xan” çempionluğu əldə edib.

Elit layihəsinin direktoru Mirbağır İsayev, skaut Ramiz Əhmədov, həmçinin AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov oyunları izləyərək futbolçuların çıxışlarını dəyərləndiriblər.

Seçilən oyunçuların gələcək inkişaf perspektivləri nəzərə alınaraq onların Elit layihəsinə cəlb olunması istiqamətində müvafiq işlər davam etdiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest