Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" və CAS-ın məlum qərarından sonra turnirə vəsiqə qazanan "Zirə" də mübarizəyə elə I təsnifat mərhələsindən qoşulacaq.

Bu gün avrokuboklarda 2026/27 mövsümünün püşkatma mərasimi keçiriləcək.  Matc.az xəbər verir ki, UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək mərasimdə klubların ilk rəqibləri müəyyənləşəcək.

Sabah - iyunun 17-də isə turnirlərin II təsnifat mərhələsinin püşkatma mərasimi baş tutacaq.

Püşkatmada ölkə çempionu "Sabah" Çempionlar Liqasının, "Qarabağ" isə Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibini tanıyacaq.

Konfrans Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" və CAS-ın məlum qərarından sonra turnirə vəsiqə qazanan "Zirə" də mübarizəyə elə I təsnifat mərhələsindən qoşulacaq.

Püşkatma zamanı "Qarabağ" və "Zirə"  səpələnmişlər, "Neftçi"  səpələnməmişlər səbətində yer alacaq.

Qeyd edək ki, Çempionlar Liqasında ilk oyunlar 7-8 iyulda, Avropa və Konfrans Liqasında isə 9 iyulda start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest