"Sumqayıt" daha üç futbolçu ilə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının məlumatına görə, Aydın Bayramov, Rüfət Abdullazadə və Süleyman Əhmədovun ardınca daha üç futbolçu ilə əməkdaşlığa son qoyulacaq. 
 
Belə ki, "gənclik şəhəri" təmsilçisi müqavilə müddəti bitən legionerləri – braziliyalı Dario Karioka, liberiyalı Tisdel Tirrens və qanalı Karim Abubakarla vidalaşacaq. Onların çıxışı məşqçilər korpusunu qane etməyib.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest