Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tayland klubu "Buriram Yunayted"lə müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə "Sport-Express" nəşri məlumat yayıb.
 
Bildirilib ki, bir neçə klubun maraq dairəsində olan 27 yaşlı forvard Tayland çempionu ilə münasibətlərini rəsmiləşdirib. Onun yeni komandasında illik məvacibi 750 min avro olacaq. Şeydayev "Buriram Yunayted"ə azad agent kimi keçib.
 
Qeyd edək ki, Ramil Şeydayev 2022-23 mövsümündə 22 qolla Misli Premyer Liqasının bombardiri olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest