"Ağ-qaralar" müqaviləsi başa çatan serbiyalı müdafiəçi Voyislav Stankoviç və paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli ilə yollar ayrılacaq.

Azərbaycan Premyer Liqasında üçüncü yeri tutan, ölkə kubokunun isə finalında məğlub olan "Neftçi" heyətində ciddi dəyişikliklərə əl atacaq. Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisini tərk edəcək iki əcnəbi futbolçu artıq məlumdu.
 
"Ağ-qaralar" müqaviləsi başa çatan serbiyalı müdafiəçi Voyislav Stankoviç və paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli ilə yollar ayrılacaq.
 
Rəhbərlik onlara yeni sözləşmə təklif etməmək qərarına gəlib.
 
Qeyd edək ki, Voyislav Stankoviç 2019-cu, Sezar Meza Kolli isə 2021-ci ildən "Neftçi"də çıxış edir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest