Onları 2 qolla Fərid Nəbiyev ("Kəpəz"), Emin Mahmudov, Kenni Sayef (hər ikisi "Neftçi"), Musa Qurbanlı ("Qarabağ"), Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı "Qəbələ") və Davit Volkov ("Sabah") izləyirlər.

Azərbaycan Kubokunda 2022-23 mövsümünün bombardirləri müəyyənləşib. Matc.az xəbər verir ki, ümumilikdə 3 futbolçu hərəyə 3 qolla turnirin ən məhsuldar oyunçusu olub.
 
Bunlar "Qəbələ"dən İsnik Alimi, "Sabah"dan Emmanuel Apeh və "Səbail"dən Franko Mazurekdi. Alimi son olaraq finalda "Neftçi" ilə qarşılaşmada qələbə topunu vuraraq, bombardirlər sırasına qoşulub.
 
Onları 2 qolla Fərid Nəbiyev ("Kəpəz"), Emin Mahmudov, Kenni Sayef (hər ikisi "Neftçi"), Musa Qurbanlı ("Qarabağ"), Felipe Santos, Rafael Utziq, Ramon Maçado (hamısı "Qəbələ") və Davit Volkov ("Sabah") izləyirlər.
 
Mixeil Erqemlidze, Abdullahi Şuaybu (hər ikisi "Kəpəz"), Yeqor Boqomolski ("Neftçi"), Emil Səfərov, Məqsəd İsayev, Omar Hani, ülvi İsgəndərov (hamısı "Qəbələ" ), Coy Lens Mikels, Kristian Sebalyos (hər ikisi "Sabah"), Ədilxan Qarəhmədov, Emil Martinov, İlkin Muradov, Kizito Luvaqa, Maksim çex, Mirabdulla Abbasov, Qoba Zakpa (hamısı "Səbail"), Ehtiram Şahverdiyev, Faiq Hacıyev, Natan Oduva, Runi Eva, Denis Marandiçi, Xəyal Nəcəfov (hamısı "Turan Tovuz"), Dmitrios çantakias, Loris Broqno, Rəhim Sadıxov və Rüstəm Əhmədzadə (hamısı "Zirə") isə turnirdə hərəyə 1 dəfə fərqləniblər.
 
Qeyd edək ki, bu mövsüm ölkə kubokunda keçirilən 19 oyunda ümumilikdə 51 qol vurulub. Orta hesabla hər görüşdə 2,68 qol olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest