"Qəbələ" ilə ölkə kubokunun finalı öncəsi fərqli ab-hava var idi. Sanki istənilən halda məşqçinin postunda saxlanacağı fonu yaradılmışdı. Lakin bu, daha çox oyunöncəsi ab-havanı yüksək saxlamağa çalışmaq cəhdi idi. Çox güman, tezliklə rumının yola salındığı xəbərini eşidəcəyik.
"Neftçi" daha bir mövsümü titulsuz başa vurdu. Və növbəti dəfə heyətdə islahatlar başlayır. Klub tezliklə düşərgədən ayrılacaq futbolçuların siyahısını açıqlamalıdır. Matc.az xəbər verir ki, baş məşqçi Laurentsiu Regekampfın taleyi rəhbərliyin qərarından asılıdır. Daha bir illik müqaviləsi qalan rumın çalışdırıcı qarşılıqlı razılıqla vidaya qol qoymasa, onunla bağlı addımlar atılacaq, müəyyən məbləğdə kompemsasiya ödənilib yola salınacaq.
"Qəbələ" ilə ölkə kubokunun finalı öncəsi fərqli ab-hava var idi. Sanki istənilən halda məşqçinin postunda saxlanacağı fonu yaradılmışdı. Lakin bu, daha çox oyunöncəsi ab-havanı yüksək saxlamağa çalışmaq cəhdi idi. çox güman, tezliklə rumının yola salındığı xəbərini eşidəcəyik.
Oyunçulara gəlincə, müqaviləsi bitən Vato Arveldaze, Voislav Stankoviç cə Sezar Meza Kolliyə yeni anlaşma təklif edilməyib. Hər üş legioner yola salınacaq, Yeqor Boqomolskyə isə müştəri axtarılacaq. "Araz-Naxçıvan"a gedəcək Aqil Məmmədovla yanaşı müdafiəçi Mert çelik də yeni mövsümdə komandada olmayacaq.
Filip Ozobiç və Emil Balayevi komandaya gətirmək üçün ilkin danışıqları yekunlaşdıran rəhbərlik, daha bir neçə faydasız oyunçunu yola saldıqdan sonra yeni transferlər üçün iş başlayacaq. Legioner həyatı yaşamaq istəyən Emin Mahmudovun yekun qərarı da maraqla gözlənilir.
Həm avrokubokda, həm Premyer Liqanın yeni mövsümündə güclü heyət qurulması planlaşdırılır. Düzdür, qışda da eyni ehtimal var idi, nəticəsini görmədik. İstənilən halda, işə məşqçi məsələsinə aydınlıq gətirilməsi ilə başlanmalıdır. futbolinfo.az