01 İyun 2023, 10:32
AVROPA LİQASI
"Biz haqsızlıq hissi ilə öldürüldük və ölümcül yorğunluq var. Gərgin, rəngarəng, kişi futbolu oldu"
"Roma"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının "Sevilya"ya qarşı keçirilən final oyunundan sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmanın baş hakimini ittiham edib:
"Biz haqsızlıq hissi ilə öldürüldük və ölümcül yorğunluq var. Gərgin, rəngarəng, kişi futbolu oldu. Hakim isə meydanda ispan kimi görünürdü. Ancaq sarı vərəqə verirdi. Haqsızlıq onda özünü göstərir ki, Lamela ikinci sarı vərəqə almalı idi, amma hakim göstərmədi. Nəticədə görüş penaltilər seriyasına qədər uzandı".
Qeyd edək ki, 1:1 hesabı ilə yekunlaşan görüşün penaltilər seriyasında "Sevilya" 4:1 hesablı qələbə qazanıb.