"Real"ın yarımmüdafiəçisi Marko Asensio "Aston Villa"ya keçməyə yaxındı. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu Premyer Liqa təmsilçisi ilə ortaq məxrəcə gəlib.
 
27 yaşlı hücumameyilli oyunçu ingilislərlə ildə 8 milyon avro maaşla olmaqla ilkin müqavilə imzalayıb. İspaniya millisinin üzvü sözləşməsi başa çatan "Real"ı azad agent kimi tərk etmək qərarına gəlib. Futbolçu ilə PSJ, "Yuventus" və "Milan" da maraqlanırdı.
 
Qeyd edək ki, Asensio 2015-ci ildən "Real"ın formasını geyinir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest