Turin "Yuventus"unun hücumçusu Anhel Di Maria mövsümün sonunda klubu tərk edəcək. Matc.az xəbər verir ki, argentinalı ilə əməkdaşlığa son qoymaq qərarına gəlib.
 
Futbolçunun Turin klubu ilə müqaviləsi bu il iyunun sonunda başa çatır. 
 
Di Maria 2022-ci ilin yayında "Yuventus"a keçib. O, son mövsümdə A Seriyasında 24 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest