Futbol üzrə İsveçrə çempionatında 35-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Sankt-Qallen"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib. Komandasının 3-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini Dadaşov verib. 31-ci dəqiqədə azərbaycanlı futbolçu da qol vurub, amma bu, qayda pozuntusu səbəbindən VAR tərəfindən ləğv olunub. 30-cu dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzalanıb.
 
"Qrasshopper" hazırda 44 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest