"İnter" və "Mançester Siti" arasında tarixin ilk rəsmi oyunu çempionlar Liqasının finalında olacaq. Matc.az xəbər verir ki, adıçəkilən komandaların yolları indiyədək kəsişməyib.
 
"İnter" yarımfinalda "Milan"ı (2:0, 1:0), "Mançester Siti" isə "Real"ı (1:1, 4:0) üstələyib.
 
Sonuncu dəfə belə hal 2005-ci ildə yaşanıb. Həmin mövsüm çL-in finalında "Milan"la "Liverpul" məhz İstanbulda qarşılaşıblar. Bu isə onların turnir tarixindəki ilk dueli olub.
 
Qeyd edək ki, çempionlar Liqasının final oyunu iyunun 10-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest