Misli Premyer Liqasında XXXI turun oyunları keçirilir. Matc.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Əvvəlcə "Turan Tovuz" doğma meydanda "Sabah"la qarşılaşıb. Liderin əsas izləyicisi bu oyunda inamlı qələbəyə sevinib.

"Neftçi" isə "Səbail"in qonağı olub. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Xatırladaq ki, ilk oyun günündə baş tutan "Şamaxı" - "Kəpəz" (1:1) və "Qarabağ" – "Zirə" (2:2) matçılarında da qalib müəyyənləşməmişdi.

Tura sabah keçiriləcək "Sumqayıt" – "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
XXXI tur
22 aprel

"Turan Tovuz" – "Sabah" 0:2
Qol: Aleksey Kaşuk, 28; 66.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Tovuz şəhər stadionu, 16:00

Turan Tovuz: 1. Tərlan Əhmədli (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 17. Natan Oduva, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 10. Xəyal Nəcəfov, 22. Famil Camalov, 21. Abbas Ağazadə, 36. İzzət Müştaqov, 44. Elçin Qasımov, 97. Sadiq Şəfiyev, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

"Səbail" – "Neftçi" 1:1
Qol: Maksim çex, 32 – Yeqor Boqomolski, 8.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
"ASCO Arena", 18:30.

Səbail: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 2. Adil Nağıyev, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 8. Elmir Tağıyev, 99. David Qomis, 30. Franko Mazurek, 88. Matiya Lyuyiç, 5. Petro Stasyuk, 4. Maksim çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 55. Nihad Qurbanlı, 22. Samir Abdullayev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Şahin Diniyev.
Neftçi: 30. Aqil Məmmədov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. ömər Buludov, 2. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 23. Ataa Caber, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 93. Rza Cəfərov, 8. Emin Mahmudov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Baş məşqçi: Laurentsiu Regekampf.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest