Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Əvvəlcə "Roma" ötən mövsüm Avropa Konfrans Liqasının finalında qarşılaşdığı "Feyenoord"un qonağı olub. İtaliya təmsilçisi Niderlanddan məğlubiyyətlə qayıdıb.

"Mançester Yunayted" doğma meydanda "Sevilya" ilə üz-üzə gəlib. "Qırmızı şeytanlar" bu oyunda qələbəni son dəqiqələrdə buraxdıqları 2 qolla əldən veriblər. "Yuventus" isə "Sportinq"lə ev oyunundan çətin qələbə ilə ayrılıb. "Bayer" də Belçika "Yunion"u ilə münasibətlərinə aydınlıq gətirib. Almaniya təmsilçisi doğma məğlubiyyətdən xilas olub.

Avropa Liqası
1/4 finalın ilk oyunları
13 aprel

Feyenoord (Niderland) – Roma (İtaliya) 1:0
Qol: Viffer, 53.

Bayer (Almaniya) – Yunion (Belçika) 1:1
Qol: Virts, 83 - Bonifeys, 51.

Yuventus (İtaliya) – Sportinq (Portuqaliya) 1:0
Qol: Qatti, 73.

Mançester Yunayted (İngiltərə) – Sevilya (İspaniya) 2:2
Qol: Zabitser, 14; 21 – X.Navas, 85. H.Maquayr, 90+3-öz qapısına.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest