İsveç yığmasının hücumçusu Antoni Elanqa AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən 2-ci tur oyununu dəyərləndirib.

İsveç yığmasının hücumçusu Antoni Elanqa AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən 2-ci tur oyununu dəyərləndirib. Matc.az xəbər verir ki, gənc forvard qol vurduğu üçün özünü xoşbəxt hiss etdiyini deyib.
 
"Mançester Yunayted"in formasını geyinən 21 yaşlı oyunçu qısa müddətdə daha 2 qol imkanı əldə etdiyini söyləyib:
 
"Qol vurmaq həmişə xoş hissdir. özümü əla hiss edirəm. Bütün həftə özümü yaxşı hiss etdim. Azərbaycanla oyunda üç-dörd dəqiqəm olsa da, nəyə qadir olduğumu göstərmək istədim. Daha iki qol vura bilərdim".
 
Qeyd edək ki, Elanqa oyunun 87-ci dəqiqəsində meydana daxil olaraq, 2 dəqiqə sonra komandasının 5-ci qolunu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest