Türkiyə Super Liqasının "Ankaragücü" - "Beşiktaş" matçında meydana çıxaraq qonaq komandanın futbolçularına hücum çəkən azarkeşin cəzası bəlli olub. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qonaq komandanın oyunçularını təpikləmiş həmin tərəfdara 1 il 8 aylıq həbs cəzası verilib.
 
Xatırladaq ki, sözügedən qarşılaşma ötən ilin 4 sentyabrında keçirilmişdi. Matçın final fitindən dərhal sonra bir azarkeş qapı arxasındakı tribunadan meydana qaçaraq "Beşiktaş" futbolçularını təpikləməyə başlamışdı. Berkay ö. adlı həmin azarkeş haqqında 3 ilə qədər həbs tələbi ilə iddia qaldırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest