Qarşılaşmada hesabı millimiz açıb. 49-cu dəqiqədə Sənan Ağalarov rəqibi cəzalandırıb. Lakin bu üstünlüyü qorumaq mümkün olmayıb.

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makediyadan olan həmyaşıdları ilə ikinci yoxlama görüşündə üz-üzə gəlib. Matc.az xəbər verir ki, martın 24-də olduğu kimi, bu dəfə də komandalar "Dalğa Arena"da üz-üzə gəliblər.
 
Qarşılaşmada hesabı millimiz açıb. 49-cu dəqiqədə Sənan Ağalarov rəqibi cəzalandırıb. Lakin bu üstünlüyü qorumaq mümkün olmayıb. Əvvəlcə 77-ci dəqiqədə Marko Stoyilevski status-kvonu bərpa edib. Hacika Canovskinin 85-ci dəqiqədə vurduğu qol isə Şimali Makedoniyaya 2:1 hesablı qələbə qazandırıb.
 
Qeyd edək ki, bu komandalar arasındakı ilk dueldə 0:0 hesabı qeydə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest