Avstriya yığmasının müdafiəçisi Maksimilian Vöber AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyunla bağlı düşüncələrini bölüşüb.

Avstriya yığmasının müdafiəçisi Maksimilian Vöber AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya ilə keçiriləcək oyunla bağlı düşüncələrini bölüşüb. Matc.az saytı xəbər verir ki, "Lids"in futbolçusu qarşıdakı görüşlərdə necə çıxış edəcəklərini bildirib.
 
25 yaşlı arxa xətt oyunçusu hücum futbolu sərgiləyəcəklərini vurğulayıb:
 
"Bu oyunlarda topa çox sahib olacağıq, irəlidə təzyiq göstərəcəyik. Son vaxtlar uğursuz nəticələrə baxmayaraq, bizim güclü komandamız var. Məqsədimiz gələn il Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməkdir. Bunun üçün də uğurlu başlanğıc etmək vacibdi".
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest