Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vura bilər. Matc.az xəbər verir ki, 32 yaşlı hücumçu yığmadakı gələcəyindən əmin deyil.
 
O, baş məşqçi Didye Deşamın digər hücumçu Kilian Mbappeni kapitan təyin etməsindən narazıdı. Forvard sarğını daşımağa özünü daha çox layiq bilir. Həmçinin Uqo Lyoris və Rafael Varanın millidən getməsi də Qrizmannın qərarına təsir edə bilər.
 
Qeyd olunub ki, martda keçiriləcək oyunlar Qrizmann üçün Fransa yığmasında sonuncu ola bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest