Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində vəfat edən "Hatayspor"un keçmiş futbolçusu Kristian Atsu ilə Qananın paytaxtı Akrada vida mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, mərasimdə futbolçunun yaxınları ilə yanaşı, Qananın prezidenti Nana Akufo-Addo, millinin baş məşqçisi Kris Huyton, yarımmüdafiəçinin keçmiş komanda yoldaşları və azarkeşlər iştirak edib. Atsu Qananın Ada şəhərində dəfn edilib.
 
Xatırladaq ki, futbolçunun cansız bədəni zəlzələdən 12 gün sonra - fevralın 18-də dağıntılar altından çıxarılıb.
 
Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "çelsi", "Everton" və "Nyukasl" klublarında forma geyinib. O, Qana milli komandasının heyətində 60 oyuna çıxıb və 10 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest