Azərbaycan millisinin və "Vaşaş"ın kapitanı Ayşən Abduləzimova həlledici qarşılaşmada 14 xal (hücum-8 xal, 57%, blok-5 xal, eys-1 xal) toplayıb.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı Ayşən Abduləzimova Macarıstan kubokunu qazanıb. Matc.az xəbər verir ki, onun formasını geyindiyi "Vaşaş" turnirin qalibi olub.
 
Adəçəkilən komanda finalda "Bekeşçaba" üzərində qələbə qazanıb. Gərgin keçən görüşdə "Vaşaş" rəqibini 3:2 (23:25, 25:14, 22:25, 25:19, 17:15) hesabı ilə məğlub edib.
 
Azərbaycan millisinin və "Vaşaş"ın kapitanı Ayşən Abduləzimova həlledici qarşılaşmada 14 xal (hücum-8 xal, 57%, blok-5 xal, eys-1 xal) toplayıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest