Azərbaycan Basketbol Liqasında 20-ci tura start verilib. Matc.az xəbər verir ki, turun açılış matçında NTD və "Gəncə" komandaları üz-üzə gəliblər.
 
"Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma NTD-nin 91:85 hesablı qələbəsi ilə başa çatıb. Sözügedən komanda bu qələbə ilə yenidən çempionatın vahid liderinə çevrilib.
 
Ən məhsuldar oyunçular NTD-dən Ceremi Heys (28 xal, 11 ribaund), "Gəncə"dən isə Kollin Törner (23 xal, 7 ribaund) olublar.
 
Bu turun "AAAF Xırdalan" - "Olimpik Şəki", "Sabah" - "Sərhədçi" və "Zirvə Astara" - "Neftçi" İK oyunları 4-5 martda keçiriləcək

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest