Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turdan təxirə salınan "Xarı bülbül" - "Murov" oyunu keçirilib. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində təşkil olunan qarşılaşma "Murov" komandasının üstünlüyü ilə başlayıb.
 
İlk hissədə 25:18 hesabı ilə qalib gələn Fərid Cəlalovun komandası sonrakı setləri də aktivinə yazıb - 25:18, 25:23.
 
Beləliklə, bu matçdan sonra "Murov" xallarının sayını 26-ya çatdırıb və turnir cədvəlində liderliyini daha da möhkəmləndirib. 12 xala malik "Xarı bülbül" ikinci, 12 xalla "Neftçi" üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest