21 Fevral 2023, 13:45
FUTBOL
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, yığmamız martın 24-də və 27-də çıxış edəcək.
U-19 həmin günlərdə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
Görüşlərin məkanı və başlama vaxtı hələlik məlum deyil.