Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova kişi voleybolçular arasında çempionalar Liqasına təyinat alıb. 
 
Matc.az xəbər verir ki, İsmayılova bu gün Fransanın Tur şəhərində keçiriləcək "Tur" (Fransa) - "Fridrixşafen" (Almaniya) matçında supervayzer funksiyasını yerinə yetirəcək.
 
Avropa Voleybol Konfederasiyasının bu matç üçün təyinatlarına əsasən İsmayılova görüşün hakimləri macarıstanlı Şolt Mözeffi və potuqaliyalı Rikardo Ferreyranın işinə qiymət verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest