Avropada milli çempionatların ən məhsuldar komandaları müəyyənləşib. Matc.az saytı xəbər verir ki, araşdırma qitənin yüksək reytinqli 40 çempionatı arasında aparılıb.
 
"Köhnə dünya"nın ən qolçu komandası "Seltik"di. Şotlandiya təmsilçisi 24 oyunda 74 qol vurub. Bu isə hər matçda orta hesabla 3,08 qol deməkdi. İkinci pillədə "Genk" qərarlaşıb. Belçika təmsilçisi cari mövsüm aktivinə 57 top yazdırıb. İlk "üçlüy"ü Şotlandiyanın digər komandası "Reyncers" qapayır. Qlazqolular rəqib qapılarına 56 dəfə yol tapıblar.
 
Azərbaycan Premyer Liqasının məğlubedilməz lideri "Qarabağ" da siyahıya düşə bilib. Ağdam təmsilçisi çempionatın ilk 20 turunda 54 qol vuraraq Avropanın ən məhsuldar 5-ci komandasına çevrilib. Qurban Qurbanovun kollektivi orta hesabla hər görüşdə 2,7 qol vurub.
 
Siyahının ilk "10-luğ"una düşən "Mançester Siti", "Bavariya", PSJ, "Ayaks" kimi Avropa nəhəngləri "Qarabağ"dan geri qalırlar.
 
1. "Seltik" (Şotlandiya) – 74 qol (orta hesabla hər oyunda 3,08 qol)
2. "Genk" (Belçika) - 57 (2,48)
3. "Reyncers" (Şotlandiya) - 56 (2,33)
4. "Slaviya" (çexiya) - 56 (3,29)
5. "Qarabağ" (Azərbaycan) – 54 (2,7)
6. "Mançester Siti" (İngiltərə) - 53 (2,65)
7. "Linfild" (Şimali İrlandiya) - 53 (2,03)
8. "Bavariya" (Almaniya) - 52 (2,88)
9. PSJ (Fransa) - 52 (2,48)
10. "Ayaks" (Niderland) - 51 (2,68)
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest