31 Yanvar 2023, 12:58
FUTBOL
"çelsi"nin futbolçusu Hakim Ziyeş karyerasını Fransada davam etdirəcək. Matc.az saytının "Le Parisien"ə istinadən xəbərinə görə, mərakeşli yarımmüdafiəçi PSJ-yə keçir.
Fransa klubu mərakeşlini "Vulverhempton"a keçən Pablo Sarabiyanın əvəzedicisi kimi nəzərdən keçirir. Tərəflərin bu gün "transfer pəncərəsi" bağlanana qədər razılığa gələcəyi bildirilir.
Ziyeşin Mərakeş millisindəki komanda yoldaşı Əşrəf Hakimi də "çelsi"nin futbolçusunun Fransa klubuna keçidini təsdiqləyib.
Xatırladaq ki, Ziyeş 2020-ci ildən londonluların heyətində çıxış edir. Bu mövsüm mərakeşli futbolçu İngiltərə Premyer Liqasında 10 matçda iştirak edib və bir məhsuldar ötürmə edib.
XƏYAL