Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların keçiriləcəyi vaxt dəqiqləşib. Matc.az xəbər verir ki, qadın voleybolçuların Yüksək Liqasında ikinci dövrəyə yanvarın 30-da start veriləcək.
 
Həmin gün 4-cü tur çərçivəsində "Murov" - "Azərreyl" və UNEC - "Abşeron" matçları baş tutacaq. Görüşlər müvafiq olaraq saat 16:00 və 18:00-da başlayacaq.
 
Yanvarın 31-də isə kişi voleybolçuların Yüksək Liqasında 2-ci turdan təxirə salınmış "Neftçi" - "Xarı bülbül" oyunu keçiriləcək. Bu qarşılaşma saat 16:00-da start götürəcək.
 
Oyunlar Voleybol Mərkəzində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest