Bu gün Misli Premyer Liqasında XIX turun daha iki oyunu keçirilib. Matc.az xəbər verir ki, turun ilk qarşılaşması Tovuzda baş tutub.

Çempionatın vahid lideri “Qarabağ” səfərdə “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirib. Beş qolun qeydə alındığı bu oyun Ağdam təmsilçisinin çətin qələbəsi ilə yekunlaşıb.

Günün digər oyunu da məhsuldar alınıb. Belə ki, “Zirə”  “Sumqayıt”la görüşdə erkən qola üzülsə də, sonradan 3 qol vurub.

Tura sabah keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” oyunları ilə yekun vurulacaq. İlk oyun günündə “Kəpəz”lə “Qəbələ” heç-heçəyə (2:2) razılaşıb.


Misli Premyer Liqası
XIX tur
25 yanvar

“Turan Tovuz” – “Qarabağ” - 2:3
Qollar: Runi Eva, 23. Ehtiram Şahverdiyev, 85 -  Musa Qurbanlı, 10; Ramil Şeydayev, 27. Bəhlul Mustafazadə, 88.

Tovuz şəhər stadionu. Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov.
“Turan Tovuz”: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 55. Xulu Siyanda, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 87. Adama Diakabi, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov


 “Zirə” – “Sumqayıt” - 3:1
Qollar: Dmitrios Çantakias, 50. Loris Broqno, 73. Toni Qomes, 79 - Vüsal İsgəndərli, 4.
Zirə İdman Kompleksinin stadionu. 
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Kamran Əliyev.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 13. Ramin Əhmədov, 20. Cavad Qurbanlı, 56. Samir Ağayev, 23. Andriya Lukoviç, 70. İssa Cibriel, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 22. Dieqo Karioka, 7. Terrens Tisdel, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Kərim Abubakar.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest