ötən ilin sonunda Barselonadakı barlardan birində 23 yaşlı qadına təcavüz etməkdə ittiham olunan futbol üzrə Braziliya millisinin sabiq müdafiəçisi Dani Alveşin işi ilə bağlı istintaq araşdırmaları davam etdirilir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, son olaraq zərərçəkənin rəfiqəsi və əmisi qızının ifadələri alınıb.
 
Onlar da futbolçunun sözügedən xanıma qarşı təcavüzkar davranışını təsdiqləyiblər. Həmin gecə zərərçəkənlə birgə olan şahidlər Alveşin onun intim yerlərini əllədiyinə şahid olduqlarını söyləyiblər.
 
Müxtəlif şahidlərin verdiyi ifadələrin, futbolçunun öz ifadəsinin dəyişməsi, çoxsaylı sübutlar hər gün daha çox məlumat əldə etməyə imkan verir. Bu baxımdan hadisənin baş verdiyi barda təhlükəsizlik kameralarına düşən görüntülər də böyük önəm daşıyır. 
 
Xatırladaq ki, yanvarın 20-də Barselonada saxlanılan Dani Alveş haqqında elə həmin gün həbs qəti imkan tədbiri seçilib. üç gün sonra isə o, başqa həbsxanaya köçürülüb. Onun 4 ildən 12 ilədək azadlıqdan məhrum edilməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest