Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib. Matc.az xəbər verir ki, birinci dövrənin son oyunları yanvarın 24-də baş tutacaq.
 
Günün ilk qarşılaşmasında "Murov"la "Azərreyl" üz-üzə gələcək. çempionatın ilk derbisi saat 12:00-da başlanacaq.
 
3-cü tura UNEC - "Abşeron" görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da çalınacaq.
 
Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest