Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci turdan təxirə salınan "Murov" - UNEC oyunu keçirilib. Matc.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb.
 
İlk hissədə 25:12 hesabı ilə qalib gələn "Murov" sonrakı setləri də aktivinə yazıb - 25:12, 25:9.
 
Beləliklə, quru hesablı qələbə qazanan "Murov" xallarının sayını 6-ya çatdırıb. İki turdan sonra aktivində 6 xalı olan "Azərreyl" və "Murov" turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. "Abşeron" və UNEC-in isə xalı yoxdur.
 
Yüksək Liqa (qadınlar)
2-ci tur
22 yanvar 
 
Murov – UNEC 3:0 (25:12, 25:12, 25:9)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest