Azərbaycan Basketbol Liqasında 14-cü turun daha bir oyunu keçirilib. Matc.az xəbər verir ki, Astara Olimpiya İdman Kompleksində "Zirvə Astara" və "AAAF Xırdalan" komandaları üz-üzə gəlib.
 
Qarşılaşma "AAAF Xırdalan"ın çempionatında aşkar autsayderi üzərində 100:76 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Tura yanvarın 22-də "Sərhədçi" – "Gəncə" və NTD – "Neftçi İK" matçları ilə yekun vurulacaq. Turun ilk matçında "Sabah" "Olimpik Şəki"yə 77:72 hesabıyla qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest