Futbol üzrə Fransa millisinin hücumçusu Olivye Jiru Dç-2022-nin finalında Argentina yığmasına qarşı keçirəcəkləri matçda start heyətdə oynamaya bilər. Matc.az xəbər verir ki, 36 yaşlı hücumçunun dizində problem var.
 
Yığmanın axşam məşqində Jirunun əvəzində Markus Türamın start heyətdə oynamağa hazırlaşdığı bildirilir.
 
Xatırladaq ki, Jiru Dç-2022-də Fransa millisinin start heyətində 5 matçda meydana çıxıb və 4 qol vurub. O, vurduğu 53 qolla yığma tarixinin ən məhsuldar futbolçusudur.
 
Bu gün keçiriləcək Argentina - Fransa matçına Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest