2022-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Matc.az xəbər verir ki, İFFHS-in tərtib etdiyi siyahıda milli komanda və qitə kuboklarında ən azı 8 qol vuran oyunçular yer alıb.
 
Siyahıya 17 qol vuran PSJ-nin hücumçusu Lionel Messi başçılıq edir. Argentina millisində 13 dəfə fərqlənən Messi PSJ-də 4 qol vurub.
 
Kilian Mbappe (Fransa, PSJ) ondan bir top geri qalır.
 
İlk üçlüyü Erlinq Haland (Norveç, "Mançester Siti") qapayır. Norveçli forvardın hesabında 14 top var.
 
Yalnız 23 futbolçu 8 və ya daha çox qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest