Polşanın 3-cü liqa təmsilçisi olan "Veçista" komandasının baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanus Svierad "Qarabağ" klubunun düşərgəsində təcrübə keçirlər. Matc.az xəbər verir ki, hər iki mütəxəssis bu məqsədlə bir həftəlik Bakıya gəlib.

Marzek 2019/20 mövsümündə "Stal"da işlədiyi dönəmdə belə təşəbbüsünün olduğunu söyləyib: "Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər".
53 yaşlı baş məşqçi Ağdam təmsilçisinin məşq etdiyi bazanın heç də böyük olmadığını sözlərinə əlavə edib: "Stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Bu səfər bizim üçün fərqli təcrübədir. çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur".
Marzek və Svierad Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində ötən gün keçirilmiş "Qarabağ" - "Zirə" (0:0) matçını da izləyiblər.