"Mən təkəbbürlü görünmək istəmirəm, amma bəzi digər valideynlərə pis nümunə olmaq istəmədim". Matc.az xəbər verir ki, bunu PSJ və Fransa yığmasının futbolçusu Kilian Mbappenin atası Vifrid Mbappe deyib.

O, oğlunun "Monako"da çıxış etdiyi vaxtları xatırlayıb: "Kilian karyerasının əvvəlində "Monako"da ehtiyat oyunçular skamyasında problemlərlə üzləşəndə, ​​bu vəziyyət mənim üçün çətin idi. Bu oğlumun yolunda ilk maneə idi. Hər gün ağlayırdı. Amma ən çətini o idi ki, bunun üçün izahat yox idi. Mən özümü məşqçinin yerinə qoyduğum üçün, qarışmaqdan imtina etdim. Adətən valideynlərinin onun işinə qarışması məşqçinin xoşuna gəlmir. Kilian  qətiyyətli, çalışqan bir gəncə çevrildi. O, yetkinləşdi və uşaqlığı 16 yaşında başa çatdı".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest