Portuqaliya millisinin futbolçusu Bruno Fernandes Dç-2022-nin qrup mərhələsinin ilk turunun Qana ilə oyunundan (3:2) sonra komanda yoldaşı Kriştiano Ronaldonun tənqid olunması ilə bağlı vəziyyəti şərh edib. Onun fikrincə, Ronaldo tənqid olunmağı sevir: "Hamınıza yalvarıram ki, yaxşı işlər görməyə davam edin. Siz tənqid edəndə, Ronaldo özünün ən yaxşı versiyası olur. Onunla millidə və klubda oynamaq xəyal idi və heyrətamiz bir şeydir. Əsas odur ki, Portuqaliya turnirdə əlindən gələni etsin. çünki bunu etsək, həm mən, həm Ronaldo, həm də bütün Portuqaliya xoşbəxt olacaq" – deyə, Fernandeş bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest