"Mançester Siti" klubu baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa klubu ispaniyalı mütəxəssislə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
51 yaşlı çalışdırıcı komandada transfer strategiyası və müqavilələrlə birbaşa məşğul olacaq.
Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.