"Braziliya və Argentina həmişə favoritdi. Amma mən Portuqaliya, Fransa və Belçikadan da uğurlu çıxış gözləyirəm"

"Qəbələ"nin braziliyalı yarımmüdafiəçisi Felipe Santosun matc.az saytına müsahibəsi

- Premyer Liqanın fasilədən əvvəlki son turunda "Neftçi"yə məğlubiyyətinizə (0:2) əsas səbəb nə oldu?
- çətin oyun olacağını bilirdik. Bu matçda az səhv edən tərəf qələbə qazanacaqdı. Təəssüf ki, biz daha çox səhvə yol verdik.

- çox sayda qol imkanlarınız olsa da, dəyərləndirə bilmədiniz. Qol vurmağınıza nə mane olurdu?
- Hətta bir epizodda qaçırmayacağım qol imkanını dəyərləndirə bilmədim və rəqib əks-hücumdan fərqləndi. Bu, futboldu. Növbəti dəfə səhv etməmək üçün daha çox çalışmalıyam.

- Bu mövsüm qeyri-stabil çıxış etməyinizin səbəbi nədi?
- ötən mövsüm fərdi baxımdan mənim üçün çox yaxşı keçdi. öz performansımı, potensialımı bilirəm. Qol vura bilməyəndə özümə çox sual verirəm. çünki məsuliyyətimi və klub üçün nəyi təmsil etdiyimi bilirəm.

- Milli komandaların oyunlarına görə çempionatda fasilədi. Sizcə, indiki vəziyyətdə fasilənin olması toparlanmaq baxımından "Qəbələ"nin xeyrinədi?
- Düzünü desəm, fasilənin niyə indiki vəziyyətdə yarandığını bilmirəm. çünki cəmi bir neçə gün sonra - noyabrın 22-də ölkə kubokundakı mübarizə başlayır. Son nəticəni silmək istəyən bəziləri üçün nəticə pisdir. İndi öz üzərimizdə çalışmalı və yenidən mübarizə aparmalıyıq.

- Artıq turnir cədvəlində 5-ci pilləyə düşmüsünüz. Bu mövsüm ilk "dördlük"də yer almaq çətin olmayacaq?
- Mübarizə həmişə zirvə olmalıdı. Hədəf komandanı avrokuboklara daşımaqdı. Qarşıda hələ çox oyun var, səviyyəmizi bilirəm. Komanda olaraq gücümüzə bələdəm.

- Sabah dünya çempionatı başlayacaq. Braziliya yığması qrupda Serbiya, İsveçrə və Kamerunla qarşılaşacaq. Braziliyanın dünya çempionatındakı şanslarını necə görürsünüz?
- Bəli, mundial start götürmək üzrədi. Mənim üçün ən böyük favorit Braziliyadı. Onlar böyük çempiondu və səviyyəli heyətləri var. Keyfiyyətli oyunçu seçimi aparmaq gücündədilər. Buna görə də, çox sakitəm. Bilirəm ki, dünya çempionu Braziliya olacaq.

- Hər kəs Braziliya və Argentinanı favorit göstərir. Sizcə, Argentina millinizi üstələyə bilər?
- Braziliya və Argentina həmişə favoritdi. Amma mən Portuqaliya, Fransa və Belçikadan da uğurlu çıxış gözləyirəm. Yenə də düşünürəm ki,  Braziliya çempion olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest