"Belçika, Danimarka, Portuqaliya və nə qədər inanılmaz səslənsə də Serbiya. Onlar öz qrupunda birinci olublar"

Braziliya yığmasının sabiq futbolçusu Kafu Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb. Matc.az xəbər verir ki, o, Braziliya və Argentinanın qalib adını qazanmağa daha şanslı olduğunu bildirib.

"Dünya çempionatı Avropanın üstünlüyünü qırmaq üçün mükəmməl fürsətdir. Titul qazanmaq üçün mükəmməl vaxtdır. Argentina və Braziliya favoritdir. Onların turnirdə qalib gəlmək üçün böyük potensialı var. Braziliya 20 ildir çempionluq qazana bilmir, ancaq komandamın bu il geri dönəcəyini düşünürəm.

Neymar formada olduğu halda, bizim Dünya Kubokunu qazanmaq şansımız çox yüksəkdir, çünki o, meydanda həqiqətən vacib olan oyunçudur. ümidimizi onun istedadına bağlayırıq, amma o, tək oynamır. Əminəm ki, digər oyunçuları da motivasiya edəcək.

Digər sevimlilər? Belçika, Danimarka, Portuqaliya və nə qədər inanılmaz səslənsə də Serbiya. Onlar öz qrupunda birinci olublar. Dünya çempionatına vəsiqə qazanmaqda çox yaxşı nəticə göstərdilər. Onların güclü komandası var və heç bir rəqibə qarşı futbol oynamaqdan çəkinmirlər. Fransa da son Dünya Kubokunda olduğu kimi çox güclü olacaq".

Qeyd edək ki, Braziliya 2002-ci ildən bəri Dünya Kubokunu qazana bilməyib. Qətərdə keçiriləcək turnirdə braziliyalılar Serbiya, İsveçrə və Kamerun yığmaları ilə qarşılaşacaqlar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest