19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 1-ci qrupda Xorvatiya, Monteneqro və Kipr komandaları ilə mübarizə aparacaq.
Bu qrupun oyunları Xorvatiyada keçiriləcək.
Oyunların təqvimini diqqətinizə çatdırırıq:
Monteneqro – Azərbaycan
4 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
Azərbaycan – Kipr
7 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 17:30
Azərbaycan – Xorvatiya
10 oktyabr. Poreç. Veli Joze stadionu. Saat 13:00

_1763412430.jpg)
_1763412158.jpg)
_1763411611.jpg)







_1763398168.jpg)
_1693390777.png)