"Üç il əvvəl mən sahib olmaq istədiyim avtomobillərin siyahısını tərtib edərdim. Amma indi bilirəm ki, fərqi yoxdur"

"İntizamlı olmaq hobbimdir. Ətrafımda nəsə baş verəndə xoşum gəlmir". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
 
Yay fasiləsində "Vulverhempton"dan "Qrasshoppers"ə transfer olunan 23 yaşlı hücumçu İsveçrə mətbuatına müsahibəsində yeni komandasında özünü yaxşı hiss etdiyini bildirib: "Vurduğum hər qolla özümə və hər kəsə eyni olduğumu göstərirəm. Hər məşqdə gücümüzün yüz faizindən çoxunu veririk. Hamımız yaxşı işçi, eyni zamanda yaxşı futbolçularıq. Burada özümü çox rahat hiss edirəm. Bura böyük cəmiyyətdir. Bu qədər tez uyğunlaşacağımı düşünməzdim. ümid edirəm ki, zaman keçdikcə çıxışıma görə qiymət veriləcək. Səhvlərimdən dərs çıxarmışam. Yaşadığım təcrübələr məni yaxşılaşdırdı".
 
O, yeniyetmə yaşlarında avtomobillərə böyük həvəs göstərdiyini, lakin indi bu mövzuda fərqli düşündüyünü söyləyib: "üç il əvvəl mən sahib olmaq istədiyim avtomobillərin siyahısını tərtib edərdim. Amma indi bilirəm ki, fərqi yoxdur. Almaniyadakı avtomobilim hazırda təmir olunur, sonra İsveçrəyə gətiriləcək. Sürixdə böyük maşına ehtiyacınız yoxdur. Avtomobil məni yalnız gedəcəyim ünvana çatdırmaq üçün lazımdır".
 
Ailə bağlarının möhkəm olduğunu deyən Renat millimizin digər üzvü olan böyük qardaşı Rüfət Dadaşovla hər gün danışdığını da vurğulayıb: "İsveçrəyə gələndən ailəm iki dəfə mənə baş çəkib. Qardaşım Rüfət də peşəkar futbolçudur, bir-birimizin oyununu izləyirik və hər gün əlaqə saxlayırıq. Hazırda "Şalke"də çıxış edən Rüfət mənə çox ilham verdi. Hələ də onun matçlarına baxıram".
 
Qeyd edək ki, Renat Dadaşov "Qrasshoppers"lə 2 illik müqavilə imzalayıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest