“Barselona”nın hücumçusu Robert Levandovski unikal göstəriciyə imza atıb. Matc.az xəbər verir ki, polşalı forvard La Liqanın XXXIII turunda “Valensiya” ilə görüşdə buna nail olub.

4:2 hesabı ilə qalib gəldikləri qarşılaşmada het-trikə imza atan Polşa millisinin üzvü Samuel Etodan sonra bir La Liqa matçında başı ilə 2 qol vuran ilk “Barselona” oyunçusu olub. Məşhur kamerunlu bunu 2005-ci ildə “Malyorka” ilə görüşdə reallaşdırmışdı.

Qeyd edək ki, 35 yaşlı Levandovski cari mövsüm bütün turnirlərdə 44 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə verib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, Levandovskinin hazırkı bazar dəyəri 15 milyon avrodur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest